loader image

Göygöl

Azerbaycan Türkçesine Tercüme: Afaq Şıxlı

 

Göygöl, təbiətin büllur damlası
Hüsnünü görüncə zaman dayanır
Yox olur dünyanın dərdi, davası
Hər kəs məhəbbətlə adını anır

 

Yaradan bizlərə bəxş edib onu
Suları dumduru mavi piyalə
Baxıb aynasında ağ simasına
Önündə baş əyir buludlar belə

 

Zərif gülüş doğur məhəbbətimdən
O bir zərrəsidir əbədiyyətin
Günəşə yol gedən buxar kimiyəm
Ömrümün bir anı həkk olub onda
Seyrinə dalmışkən getmək çox çətin

 

Hüsnünə bir daha baxıb uzaqdan
Qərib bir quş kimi enirəm dağdan

 

Göygöl, gözəlliyin mavi yaddaşı
Həm duzlu, həm şirin, sevinc göz yaşı
Əfsun camalına vurğun baxışlar
Sənə hər bir könül sevgi bağışlar

*Başkurdistan Türkü Şair-Yazar-Gazeteci